“Arsenal”ın yetirməsi “Zirə”də - Müqavilə İdman

“Arsenal”ın yetirməsi “Zirə”də - Müqavilə

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.
Komanda Alie Sesayı heyətinə qatıb.
25 yaşlı sierra leoneli müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.