Əfsanəvi futbolçu saxlanıldı İdman

Əfsanəvi futbolçu saxlanıldı

Braziliya yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Ronaldinyo Paraqvayda saxlanılıb.
Onun Paraqvaya getmək üçün saxta pasportdan istifadə etdiyi bildirilir.
Ronaldinyonun qaldığı oteldə axtarış aparan polis onun adına olan saxta pasportu aşkar edib. Braziliyalı ulduzun bu gün prokurorluqda ifadə verəcəyi bildirilib.
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə borclarına görə pasportundan məhrum edilib. Hətta onun ölkədən çıxışına da qadağa qoyulmuşdu.