“Qalatasaray” Azərbaycanı təbrik edib İdman

“Qalatasaray” Azərbaycanı təbrik edib

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.
İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".
Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.