Mayk Tayson 18 milyon dollarlıq döyüşdən imtina edib İdman

Mayk Tayson 18 milyon dollarlıq döyüşdən imtina edib

Əfsanəvi boksçu Mayk Tayson növbəti dəfə döyüşə dəvət edilib.
Braziliyalı MMA döyüşçüsü Vanderley Silva onunla rinqdə görüşmək istəyini bildirib.
Lakin aprelin sonlarında rinqə qayıtmaq istədiyini açıqlayan dünya çempionunun hazırlaşmasında kömək edən məşqçi Rafael Kordeyro amerikalının 18 milyon dollarlıq təklifdən imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, öz dövrünün ağır çəki dərəcəsində ən yaxşı boksçusu sayılan Mayk Tayson peşəkar karyerasında 55 dəfə rinqə çıxıb, bunun yalnız 6-da məğlub olub.