Həkim səhvi 19 futbolçunun koronavirusa yoluxmasına səbəb oldu İdman

Həkim səhvi 19 futbolçunun koronavirusa yoluxmasına səbəb oldu

Futbol üzrə Bolqarıstan çempionatında "Tsarsko selo" və "Çerno more" komandaları arasında keçirilmiş matçdan sonra 19 futbolçu koronavirusa yoluxub.
Bu, həkim səhvi ilə əlaqədar baş verib.
Belə ki, oyundan əvvəl "Tsarsko selo"nun müdafiəçisi Martin Kavdanskinin COVID-19 testi yanlışlıqla mənfi nəticə kimi qeyd olunub. Yekunda futbolçu əsas heyətdə meydana çıxıb.
Matçdan sonra "Tsarsko selo"nun 3, "Çerno more"nin 16 futbolçusunda virus aşkar edilib.
M.Kavdanskini testdən keçirmiş laboratoriya səhvə yol verdiyini etiraf edib.
Matç 4-1 hesabı ilə "Çerno more"nin qələbəsi ilə başa çatıb.