QHT "Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyasını icra edir İdman

QHT "Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyasını icra edir

"Faiq" Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyasının təşkili layihəsini icra edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə icra olunur.

Layihənin məqsədi rayonda əhali arasında koronavirus və ondan qorunma yolları haqqında məlumatların verilməsi, aztəminatlı ailələrə, tənha ahıllara, günəmuzd çalışanlara ərzaq və tibbi ləvazimat paketlərinin paylanmasıdır.

Layihə çərçivəsində Quba rayonunun Buduq, Zeyid və Dağüstü kəndlərində aztəminatlı ailələr, tənha ahıllar, günəmuzd çalışanlar daxil olmaqla 45 ailəyə ərzaq qutusu və tibbi ləvazimatlar paketi təqdim edilib.

Qeyd edək ki, layihə çərçivəsində koronavirusla mübarizə istiqamətində nəşr olunmuş maarifləndirici bukletlər yardım qutularına əlavə edilməklə rayon əhalisi arasında da paylanılıb.