Türkiyədə “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçiriləcək İdman

Türkiyədə “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçiriləcək

Türkiyədə qadın futbol komandaları arasında mini-turnir keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu gün startı veriləcək yarış Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda mübarizə aparan Azərbaycana həsr olunacaq.

Egey regionundakı Afyon rayonunda təşkil olunan “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turnirində qadınlardan ibarət birinci liqa klubları iştirak edəcək.

Ümumilikdə 6 klubun qatılacağı turnir oktyabrın 11-də başa çatacaq.