Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub İdman

Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə TFF-nin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Ümumi sağlamlıq durumu yaxşı olan prezidentimiz karantinə alınıb və onun müalicəsinə başlanılıb".