Tomas Bax: “Tokio-2020 baş tutsa, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək” İdman

Tomas Bax: “Tokio-2020 baş tutsa, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək”

“Həmişə demişəm ki, Tokio Olimpiya Oyunları tarixində ən hazırlıqlı şəhərdir”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

O bildirib ki, koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları tarixə düşəcək: “Həmişə tarixi sözünü işlədəndə ehtiyatlı olmuşam. Amma bu Olimpiada tarixi olacaq”.

Yaponiya paytaxtının yarışa hazırlığını yüksək qiymətləndirən Bax asiyalıların səylərini dəyərləndirib: “Yarış baş tutsa, sübhisiz ki, təkcə olimpiya deyil, dünya tarixinə düşəcək”.

Qeyd edək ki, Olimpiya Oyunlarının təxirə salınması üzündən əlavə xərcləri 2,8 milyard dollar təşkil edəcək.