Azərbaycan millisi 4136 gündən sonra qələbə qazanıb İdman

Azərbaycan millisi 4136 gündən sonra qələbə qazanıb

Qadınlardan ibarət Azərbaycan milli komandası qələbə həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, AVRO-2022-nin seçmə mərhələsinin son matçında Moldovanı 1:0 hesabı ilə məğlub edən yığmamız 4136 gündən sonra rəsmi xarakterli görüşdə qələbə sevinci yaşayıb.

Komandamız sonuncu dəfə 2009-cu il oktyabrın 28-də qalib gəlmişdi. Həmin vaxt milli dünya çempionatının Bakıdakı seçmə oyununda Uelsi yenib – 2:1. Sonrakı 13 görüşdə komandamız 1 heç-heçə edib və 12 qarşılaşmada uduzub.

Azərbaycan yığması tarixində ikinci dəfə seçmə oyunda qol buraxmayıb. İlk belə uğur 2009-cu il noyabrın 22-də qeydə alınıb. 4111 gün öncə millimiz duya çempionatının seçmə görüşündə Belçikadan xal alıb – 0:0. Həmin qarşılaşma yığmanın xal qazandığı son oyun idi. Ardınca 12 matçlıq məğlubiyyət seriyası yaşayan futbolçularımız uğursuzluğa Moldova ilə “ASK Arena”da son qoyub.