AFFA "Qəbələ"nin şikayətini təmin etməyib İdman

AFFA "Qəbələ"nin şikayətini təmin etməyib

Apelyasiya Arbitraj Tribunalı “Qəbələ”nin şikayəti ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XX turunda “Zirə” ilə keçirilən oyunda qırmızı vərəqə alan yarımmüdafiəçi Merab Qiqauriyə kəsilən 3 oyunluq cəza müzakirə mövzusu olub.

AFFA İntizam Komitəsinin həmin qarşılaşmada aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılması, klubun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

“Qəbələ” klubunun məsələ ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.