"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi İdman

"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi

"Atalanta" futbolçuları İtaliya çempionatının 30-cu turunun səfər oyununda "Fiorentina"ya 3:2 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində qolları Duvan Sapata (13 və 40-cı dəqiqələr) və Yosip İliçiç (70, penaltidən) vurublar.

Qarşı tərəfdən Duşan Vlahoviç iki dəfə fərqlənib (57, 66).

"Atalanta" İtaliya çempionatında ardıcıl dördüncü qələbəsini qazandı və turnir cədvəlində dördüncü pilləyə yüksəlib.