Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir İdman

Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir

Bu gün Lissabonda 44 ölkənin idmançıları ilə birgə Azərbaycan cüdoçuların iştirak edəcəyi Avropa çempionatına start verilir.

Trend-in məlumatına görə, 16-18 aprel tarixlərində keçiriləcək turnirdə 359 cüdoçu yarışacaq. Dünən keçən püşkatmadan sonra idmançılarımızın rəqibləri bəlli olub:

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov - Nikolae Foça (Moldova)

66 kq

1/8 final. Nicat Şıxəlizadə - Matej Polyak (Slovakiya)

1/8 final: Orxan Səfərov - Amit Boboviç (İsrail)

81 kq

1/8 final. Murad Fətiyev - Vedat Albayrak (Türkiyə)

1/16 final. Hidayət Heydərov - Niklas Blox (Almaniya)

100 kq

1/16 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov - Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

İrina Kindzerska - Lea Fonteyn (Fransa)