Türkiyəli nazir müavini: “Yığmamız onları məğlub edəcək potensiala sahibdir” İdman

Türkiyəli nazir müavini: “Yığmamız onları məğlub edəcək potensiala sahibdir”

“Əslində oyuna gəlməmişdik. Cənab Prezidentimizin Azərbaycana iki günlük ziyarəti olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Fatih Metin deyib.

Yerli mətbuata açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya edəcəyi səfərlə bağlı danışan nazir müavini bunun işğaldan azad olunan Qarabağla əlaqəli olduğunu söyləyib: “Bilirsiniz ki, yaxın tarixdə Qarabağ zəfəri yaşandı. Bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edirik. Qarabağın yenidən qurulmasında dövlətimiz olaraq qardaşlarımızı dəstəkləməyə gəldik. Bu mənada əkinçilik və meşəçilik sahəsində nə kimi dəstək, bölgələrə necə töhfə verə bilərik, bunun hazırlığını görməyə gəldik”.

Fatih Metin ilk turda İtaliyaya 0:3 hesablı məğlubiyyətə baxmayaraq, Türkiyə millisinə güvəndiklərini də sözlərinə əlavə edib: “Üzücü başlanğıc oldu. Amma komandada əhval-ruhiyyənin yüksək olduğunu gördüm. Yığmamız Uels və İsveçrəni asanlıqla məğlub edəcək potensiala sahibdir”.

Qeyd edək ki, Türkiyə yığması yer aldığı A qrupunda ikinci oyununu iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcək.