Tokio Olimpiadasında koronavirusa daha 17 yoluxma halı qeydə alınıb İdman

Tokio Olimpiadasında koronavirusa daha 17 yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 17 nəfərdə koronavirus aşkarlanıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin Saytında deyilir.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 281 nəfərə çatıb.

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.