İrəvanda əsəblər gərilir: daşnaklar mitinq elan etdi Dünya

İrəvanda əsəblər gərilir: daşnaklar mitinq elan etdi

Ermənistanın Daşnaksütyun Partiyası mayın 23-də mitinq planlaşdırır.

Bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan Feysbuk hesabında yazıb.

“Təcili! Daşnaksütyun Partiyası yaxın vaxtlarda bəyanatla çıxış edəcək. Buna qədər isə məlumat verim ki, Daşnaksütyun mayın 23-ü saat 19:00-da Azadlıq meydanında mitinq təşkil edir”, - partiya rəsmisi yazıb.