Ermənistanda ictimai nəqliyyat iflic oldu - Sürücülər tətil edir Dünya

Ermənistanda ictimai nəqliyyat iflic oldu - Sürücülər tətil edir

Ermənistanın Vanadzor şəhərində ictimai nəqliyyat sürücülərinin etiraz aksiyası başlayıb.

Trend-in məlumatına görə, etiraz edən sürücülər nəqliyyat vasitələri ilə şəhərin əsas meydanını bağlayıb.

Etiraz edənlər işə çıxmaqdan imtina edirlər. Qeyd olunur ki, sürücülər sıxılmış qaz qiymətlərinin azaldılmasını tələb edir.

Etiraz aksiyasının gün ərzində davam edəcəyi gözlənilir.