Pakistan 1500 kilometri vuran raketini atdı – Video Dünya

Pakistan 1500 kilometri vuran raketini atdı – Video

Pakistan torpaq-torpaq tipli nüvə başlığı daşıyan Şahin-2 ballistik raketini uğurla sınaqdan keçirib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan ordusunun mətbuat katibi general-mayor Asif Qafur deyib. O, raketin 1500 kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündə olduğunu bildirib. Qeyd edək ki, Pakistan bu raketin sınağını sonuncu dəfə 2004-cü ildə keçirmişdi. Şahin-2 Pakistanın silahlanmasına 2014-cü ildə daxil edilib.