Fransa vətəndaşları ölüm cəzasına məhkum ediliblər Dünya

Fransa vətəndaşları ölüm cəzasına məhkum ediliblər

İraqda 3 Fransa vətəndaşı ölüm cəzasına məhkum edilib. Onlar İŞİD sıralarına qoşulduqlarına görə həbs edilmişdi. Onlar İraqda ölümə məhkum edilən ilk fransa vətəndaşlarıdır. Kevin Qono, Leonard Lopez və Salim Maşo Suriya Demokratik Qüvvələri tərəfindən ələ keçirilən 12 fransız vətəndaşı arasındadır. Onlar İraqa fevral ayında təhvil verilib. Hər 3 müttəhimin apellyasiya məhkəməsinə müraciət haqqı var. Hazırda İraqda İŞİD-in son istehkamını itirməsindən sonra həbs edilən yüzlərlə adamın məhkəmələri keçirilir. Digər bir alman müttəhim, 22 yaşlı Hadiya Reyner Hörmann və 50 yaşlarında olan Lahceh Əmmar Qubodj günahkar olmadıqlarını bildirib.

Human Rights Watch və digər insan haqları müdafəçiləri İraqın anti-terror məhkəmələrini tənqid edir. Onlar İraq məhkəmələrinin qərarlarını ehtimal edilən dəlillər və ingəncələr əsasında əldə olunan ifadələrə əsslandığı bildirir. Amnesty International-ın aprel ayında açıqladığı hesabatında İraq dünyanın ən çox ölüm hökmləri verən 5 dövlətindən 1-i kimi göstərilib.