ABŞ: Çin onları casusluğa vadar edir Dünya

ABŞ: Çin onları casusluğa vadar edir

Pekin ABŞ universitetlərində təhsil alan çinli tələbələri casusluğa məcbur edir. Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner deyib. Onun sözlərinə görə, əks-kəşfiyyat tədbirləri göstərir ki, Çinin lehinə casusluq edənlərin böyük əksəriyyəti Çin vətəndaşlarıdır. Onun sözlərinə görə, Çin xüsusi xidmət orqanları tələbələri kəşfiyyat işinə məcbur edir, bunun üçün onların ailələrini belə hədələyirlər.

Qeyd edək ki, bu iddia ABŞ tərəfindən ilk dəfə səsləndirilmir. Vaşinqton çinli tələbələrin daha çox intellektual oğurluqla məşğul olduğunu bildirir. ABŞ-da təhsil alan xarici tələbələrin üçdə birini Çin vətəndaşları təşkil edir.