AKP-yə rəqib olacaq partiya uğur qazana biləcəkmi? Dünya

AKP-yə rəqib olacaq partiya uğur qazana biləcəkmi?

Türkiyədə payız aylarında Ali Babacanın yeni partiyanı rəsmən elan edəcəyi qeyd edilir. Babacan bu yaxınlarda AKP sıralarını tərk edib. Türkiyənin keçmiş iqtisadiyyat naziri olan Qərb yönümlü kursun tərafdarı Babacanın sağ cəbhədə yeni partiya yaratması mövzusu bütün Türkiyənin hazırda diqqət mərkəzindədir.
Politoloq Kamran Sultanlı qəzetimizə verdiyi açıqlamada qeyd edib ki, Babacanın yeni partiyasının Huzur adlanacağı və AKP-nin keçmiş missionerlərinin və partiyadan inciyən bir çox şəxsin partiyaya qoşula biləcəyi gözlənilir:”Partiyada həmçinin Suat Kılıç, Haşim Tacın da iştirak edəcəyi qeyd edilir. Abdullah Gül partiyaya üzv olmasa da qıraqdan partiyaya dəstəyini verəcək. Artıq Ərdoğan yeni yaradılacaq partiya ilə bağlı çıxış edərək AKP-yə qarşı xəyanət olaraq dəyərləndirib və partiyasının yenədə Türk siyasi establişmentində hakim qala biləcəyini vurğulayıb.
Yeni yaradılacaq partiya ilə bağlı artıq ilk sorğu keçirilib və sorğuda iştirak edənlərin 8%-i fikirləşmədən yeni partiyaya səs verəcəklərini qeyd edirlər. Yeni yaradılan partiyada iştirakı gözlənilən ölkənin keçmiş XİN rəhbəri və baş naziri Əhməd Davudoğlunun hələlik dəqiq qərar verdiyi bəlli deyil. Davudoğlu AKP-ni tənqiddən çox onu islahatlara dəvət etdiyi görsənir. O da vurğulanmalıdır ki, ölkənin Suriya siyasətində Davudoğlunun da rolu var. Həmçinin Ərdoğan, Gül və Davudoğlu tandeminə qarşı müəyyən həmlələr edəcək. Bu iki fiqur AKP-nin bir-çox qərarlarında birbaşa iştirak ediblər. Bu baxımdan bu iki şəxsin yeni siyasi hərakatda iştirakının Babacan üçün nə qədər uğurlu ola biləcəyini demək çətindir.
Hazırda 53%-lik psixoloji tupikdə olan və AKP-nin ideoloji dəstəkçiləri sayılan çevrədə son bələdiyyə seçkilərindən sonra müəyyən aşınmalar olsa da hələ türk siyasətində Ərdoğanın nüfuzu var. Üstəlik Ərdoğan hazırda bütün dünyanı qarşısına almaqla bunu daxili problem göstərərək daxildəki ideoloji toplumu öz arxasında konsolidasiya etməyə çalışır. Bu baxımdan zənnimcə indi ABŞ-ın tətbiq edəcəyi sanksiyalar Türkiyə liderinə sərfəlidir. Həmçinin Ərdoğanın Trampla son Osaka görüşündən sonra biraz rahat olduğu sezilir. Hələlik Tramp sərt sanksiyaları Türkiyəyə tətbiq etməyə tələsmir. Əgər sanksiyalar sərt olarsa dolayısı yolla bu kövrək olan Türk iqtisadiyyatına təsir edəcək və Türkiyədə müxalif qüvvələr bundan istifadə edə bilərlər. Babacan da Türk iqtisadiyyatını düzəldəcəyini vəd edir.
Son bələdiyyə seçkilərindən sonra mərkəz solun əsas partiyası olan CHP öz mövqeyini daha da gücləndirdi. Üstəlik CHP kürdlərdən də, milliyətci camiədən də səs ala bildi. CHP-nin hazırda İncə, Yavaş və İmamoğlu kimi ciddi üç namizədi var. Xüsusilə ənənəvi sol elektoriatına uyğun olmayan sağ kəsimdən səs qopara biləcək potensialında olan İmamoğlu fenomeni CHP-nin növbəti seçkilərdə əsas ümidi olacaq. Ölkənin ana müxalifəti siyasi establişmentin zirvəsinə çıxmaq üçün İmamoğlu üzərində dayanması çox güclü ehtimaldır. AKP-dən başqa partiyalara gedə biləcək elektorat sağ camiədə son bələdiyə seçkilərində CHP-ə qatılan İYİ və ya MHP-yə gedə bilər. Ümumiyyətlə, Bahçelinin MHP-dən gedişindən sonra İYİ yenidən MHP-yə qoşula və Akşiner bu partiyanın lideri ola bilər. Hələlik isə Bahçeli dövləti əldən buraxmamaqla özünün gücünü qorumağa çalışır. Çünki Ərdoğanın hakimiyyət qurması üçün MHP bloklayıcı gücdür.
Bütün bu faktorlar sağ kəsimdə Babacanın nə qədər uğurlu ola biləcəyini birmənali deməyə imkan vermir. Üstəlik Türkiyədə milliyətçilik trendi genişlənir. CHP bu trendə İmamoğlu ilə qoşulacağı gözləniləndir. Solun əsas gücü artıq sağa xitab etməyə ciddi fiquru var. Milliyətçi camiədə isə Sinan Oğan kimi fiqurlar Türkiyə siyasətində milliyətçi trendi təmsil edə bilər. Babacanın məhz Ərdoğanın 2002-ci ildə izlədiyi siyasəti izləycəyi çox gözlənilir. Mühafizəkar demokrat və Qərbyönümlü kurs Babacanın Huzurunun əsas qayələri olacağı gözlənilir. Babacan ola bilər AKP-yə uzun müddət səs verən dindar kürdlərin bir qismini də öz ətrafına cəlb etsin. AKP-nin son dövrlər sərt mühafizəkar siyasətindən sonra onların çoxu AKP-yə səs vermir. Lakin kürdlərin səsi uğrunda ölkənin ana müxalifəti olan CHP-də əsas və olduqca ciddi rəqibdir.
Yeni yaradılacaq partiyada Qərbin mövqeyi isə zənnimcə, Ərdoğanın mövqelərinin zəifləməsi olacaq. Qərb yeni yaradılan partiyanın güclənməsinə maraqlı olacaq. Lakin yeni yaradılacaq partiyanın nə qədər uğurlu olacağını zaman göstərəcək.