S-400-lər “Patriot”dan daha yaxşıdır - Çavuşoğlu Dünya

S-400-lər “Patriot”dan daha yaxşıdır - Çavuşoğlu

S-400 istənilən zaman istifadə olunaacaq müdafiə sistemidir.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu, sadəcə sülhü qorumaq üçün alınan sistemdir. S-400-lər “Patriot”lardan daha yaxşı sistemdir. Daha bahalı olmasına baxmayaraq, “Patriot”u müttəfiqlərimizdən istəmişdik, amma bizə satmamışdılar”, – deyə o bildirib.
Çavuşoğlu həmçinin Türkiyənin F-35-dən uzaqlaşdırılacağı halda Türkiyənin müstəqil ölkə kimi gərəkli addımlar atacağını deyib.