Rus və türk qırıcıları Suriyada üz-üzə - İnsident Dünya

Rus və türk qırıcıları Suriyada üz-üzə - İnsident

Rusiyanın Su-35C qırıcıları ilə Türkiyənin F-16 hərbi təyyarələri Suriyanın hava məkanında qarşı-qarşıya gəliblər.
Bu məlumatı “Əl Məsdər Nyus” televiziyası yayıb.
Məlumata görə, Rusiya təyyarələri Türkiyə qırıcılarının Suriya hava məkanını tərk etməyə məcbur ediblər. İki ölkənin qırıcılarının İdlib üzərində qarşı-qarşıya gəldikləri vurğulanıb.
Hələlik məsələ ilə bağlı heç bir rəsmi informasiya yayılmayıb.