General Türkiyəyə qurulan tələni deşifrə etdi Dünya

General Türkiyəyə qurulan tələni deşifrə etdi

Bölgədə sürətlə dəyişən və inkişaf edən vəziyyət bir sıra çətinliklər yaradır. Terror qruplaşmasının kimyəvi silah istifadə edib günahı Türkiyə Silahlı Qüvvələrinə atmağa, bununla bağlı manipulyasiya yaratmağa çalışacaqlarına dair məlumatlar daxil olur.
Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb.
“TSQ-nın arsenalında kimyəvi silah olmadığı hər kəs tərəfindən bilinən bir həqiqətdir. Bundan əlavə, terror qruplaşmasının dinc əhaliyə qarşı həyata keçirəcəyi toplu hücumlarla bölgədə İŞİD təhdidinin davam etdiyi fikri formalaşdırmağa cəhd göstərəcəyinə dair informasiyalar da mövcuddur”, - Akar bildirib.