"Rusiyanın fəaliyyətinin nəticəsidir ki, Qarabağ problemi dalana dirənib" Dünya

"Rusiyanın fəaliyyətinin nəticəsidir ki, Qarabağ problemi dalana dirənib"

“Məncə Paşinyanla birbaşa vasitəçisiz görüşləri intensiv olaraq təşkil etmək zamanı gəlib”.

Bunu qəzetimizə açıqlamasında politoloq Vasif Əfəndi bildirib.
Onun fikrincə, Azərbaycan Ermənistan münasibətlərinə üçüncü tərəfin müdaxiləsi olduqca heç bir problem həll olunmayacaq: “Biz erməni tərəfini inandırmalıyıq ki, regionda təhlükəsizlik və inkişaf yalnız iki dövlətin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu formata heç bir alternativ yoxdur. Noyabr ayının 10-dan 11-nə kimi Ermənistanda səfərdə olan Rusiya XİN başçısının Yerevanda verdiyi bəyanat bizə daha ciddi düşünməyə əsas verir. Yerevanda iki günlük səfəri zamanı Lavrovun mətbuat konfransında səsləndirdiyi bir neçə təkifdən biri də separatçı rejimin tərəf kimi tanınması təklifi, tərəfləri kompromisə çağırması və indiyə qədər səsləndilməyən yeni format çərçivəsi təklifi irəli sürdü. Bu yeni təklif “Rusiya Azərbaycan və Ermənistan formatında milli keyfiyyət konteksi “ formatıdır. Lavorvun ilk iki təklifi Azərbaycan üçün ümumiyytələ məqbul deyil və bu təklifin keçərli olması üçün heç bir hüquqi baza da yoxdur. Bu məsələ 1992-ci ildə ATƏT-in Helsinski konfransında qəbul edilmiş “Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri” formatında tərəflər müəyyən edilib. Bu məsələnin yenidən gündəmə gətirilməsi beynəlxalq hüquqi çeynəməkdir”.

Politoloq onu da qeyd edib ki, Lavrovun ikinci və ən abssurd təklifi tərəflərin kompromisə getmədən münaqişənin həllinin mümkün olmayacağı fikridir: “Mən anlamıram, Lavrov Azərbaycandan hansı kompromisi istəyə bilər. İşğala məruz qalmış və əraziləri işğalçı dövlətlərin nəzatərində olan ölkədən hansı güzəşti və kompromisi tələb etmək olar. Bundan absurd fikir və təzyiq vasitəsi tanımıram. Azərbaycanın kompromis adına ata biləcəyi yeganə addım Dağlıq Qarabağ Muxtariyyatının bərpa olunması ola bilər. Bunu isə yalnız prosesin danışıqlar yolu ilə həll olunması variantında mümkündür. Lavrovun üçüncü təklifi isə yeni bir fikirdir. Lavrov “Rusiya Azərbaycan və Ermənistan formatında milli keyfiyyət konteksi “formatı dedikdə nəyi nəzərdə tutduğunu yəqin ki, yaxınlarda açıqlayacaqlar. Amma indidən deyim ki, yeni və prosesin həllinə kömək edəcək təklif gözləmirəm. Dağlıq Qarabağ probleminin həlli üçün BMT, Avropa Birliyi və ABŞ-ın bütün səyylərinə baxmayaraq Rusiya bütün qüvvəsi ilə münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa cəhd edir. Bu illər ərzində məhz Rusiyanın fəaliyyətinin nəticəsidir ki, Qarabağ problemi dalana dirənib və zaman keçdikcə proses Azərbaycanın əleyhinə işləyir”.