Gürcüstan hökuməti Azərbaycana görə qərarını təxirə salıb Dünya

Gürcüstan hökuməti Azərbaycana görə qərarını təxirə salıb

Gürcüstanda Avro-5 dizel yanacağı standartının tətbiqi 2021-ci ilə qədər təxirə salınır. Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Daha əvvəl standartın tətbiqi 1 yanvar 2020-ci ildə nəzərdə tutulsa da, biznes-birliklərin nümayəndələri yeniliyin tətbiqinə qarşı çıxıb.
Mütəxəssislərin fikrincə, Avro-5 standartının tətbiqindən sonra Azərbaycandan Gürcüstana yanacaq tədarükü dayanacaq və onu yalnız Rusiyadan tədarük etmək mümkün olacaq.
Azərbaycanda artıq neft-emalı zavodu modernləşdirilir. Bu proses başa çatandan sonra yuxarıda adı çəkilən standartda dizel istehsalı mümkün olacaq.
Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili hesab edir ki, yeni standartların tətbiqi ekologiya ilə bağlıdır.
"Bundan əlavə, bizim Avropa İttifaqı ilə Assosiasiya haqqında imzaladığımız saziş də bunu tələb edir", - deyə Mtvralaşvili vurğulayıb.
Qeyd edək ki, bu gün Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, 2019-cu ilin yanvarından oktyabrına qədər 434,6 min ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalıb.