Hələbdə partlayış: 5 türk əsgəri şəhid oldu Dünya

Hələbdə partlayış: 5 türk əsgəri şəhid oldu

Suriyanın Hələb şəhərinin Cerablus qəsəbəsində bomba quraşdırılmış maşının partladılması nəticəsində azı 5 türk əsgəri şəhid olub.
Bu məlumatı Suriyanın SANA agentliyi yayıb.
Məlumata əsasən, avtomobil yanından türk əsgərlərinin konvoyu keçən zaman partladılıb.
Partlayış nəticəsində daha 12 türk əsgəri yaralanıb, yaralılar Türkiyə ərazisindəki hospitala yerləşdirilib.