Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İran internet azadlığını boğur

İran internet azadlığını boğur Dünya

İran internet azadlığını boğur

Türkiyədə fəaliyyət göstərən jurnalist Taha Kirmani “Amerikanın Səsi” ilə söhbətdə İranda “milli internet” layihəsi və ümumiyyətlə internet və sosial media üzərindəki məhdudiyyətləri şərh edib. Taha Kirmani hesab edir ki, İran hakimiyyəti son xalq etirazları zamanı interneti bütünlüklə bloklayaraq informasiyanın azad dövriyyəsini önləmək istiqamətində son kartını da oynamış oldu.
O, İran hakimiyyətinin internet bağlantısını bütün ölkədə bloklamaq istiqamətində keçən illərdən bəri hazırlıqlar apardığını önə çəkir: “İran zatən bu etirazlardan əvvəl də internet azadlığında dünya və hətta bölgə standartlarından çox geridə idi. Xüsusilə sosial medianın təsirini bilən və bunu təhlükə olaraq görən İran hakimiyyəti çox daha öncədən bunun hazırlığını başlamışdı.”
Taha Kirmaninin dediklərinə görə, “əsas media qurumlarına alternativ olan Twitter, Facebook və ya ayrı sosial media şəbəkələrinə qarşı yasaqlar daha öncədən başlamışdı. Bu yasaqlar səbəb olmuşdu ki, iki-tərəfli bir hazırlıq olsun. Yəni nə qədər ki, hakimiyyət tərəfindən internet üzərində yasaqlar davam edir, millət də hər yasaq gəldikcə ona qarşı bir alternativ gəlişdirir.”
Amma o, son etirazlar zamanı internetin bloklanmasının daha fərqli bir olay olduğunu vurğulayır: “Əvvəllər interneti məhdudlaşdırmaq filtering-dən ibarət olurdu. Yəni, daha çox populyar olan sosial şəbəkələr yasaqlanırdı. Aktivistlər xaricə xəbər göndərmək istəyəndə bir şəkildə başqa alternativlər tapırdılar. Məsələn VPN-lərdən faydalanıb və ya hakimiyyətin daha az həssas olduğu digər ictimai şəbəkələrdən istifadə edirdilər.”
Son kütləvi etirazlar zamanı internetin bloklanmasından sonra Taha Kirmaninin dediklərinə görə, İran xaricinə cüzi şəkildə məlumat göndərilə bilib. “Bu dəfə innterneti tamamilə bağladıqlarında az və cüzi bir şəkildə məlumat gəldi. O da sərhəd bölgələrində İraq, Türkiyə və Azərbaycan kimi ölkələrin sim kartları vasitəsi ilə və məhdud şəkildə oldu. Etirazların bütün ölkəyə yayıldığı üçün bunun ciddi faydası olmadığını deyə bilərik,” jurnalist ifadə edir.
İnternetin bloklandığı günlərdə vətəndaşlar hakimiyyətin “milli internet” adlandırdığı daxili internet şəbəkəsinə bağlana biliblər. Bu, onlara sadəcə əsas serverləri İran daxilində olan internet portallarından istifadə etmək imkanı verib.
Taha Kirmaninin dediklərinə görə, “milli internet” layihəsinə Əhmədinejadın prezidentliyi dönəmində start vurulub.
O əlavə edir ki, “məncə, İran hakimiyyəti informasiyanın azad dövriyyəsini əngəlləmək üçün son kartını da oynamış oldu. Son olaraq nə edə bilərdilər? İnterneti qapatmaq. Onu da etdilər. Biz bilirik ki, İranda ciddi bir ictimai etiraz potensialı var. Yaxında yenə də etirazlar olacaq. İran hakimiyyəti də bunu deyir. Kəsinliklə millət və etirazçılar ayrı alternativlər gəlişdirəcəklər. Bunu təcrübə göstərib ki, haranı bağlasalar, millət bir şəkildə dünya ilə irtibat üçün ayrı bir yol tapır.”