Rusiya və Belarus vahid parlament və valyuta yaradır? Dünya

Rusiya və Belarus vahid parlament və valyuta yaradır?

Rusiya və Belarusun vahid parlament və vahid valyuta yaratması inteqrasiya ilə bağlı yol xəritəsi razılaşması çərçivəsində müzakirə edilmir.
Bunu Rusiya və Belarus İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota deyib. Onun sözlərinə görə, bu məsələlər hazırkı mərhələdə aktual deyil.
Qeyd edək ki, bundan öncə Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin görüşüb. Görüşdə inteqrasiya ilə bağlı yol xəritəsi müzakirə olunub.