Lavrov: Qərbin 500 illik dominantlığı sona çatır Dünya

Lavrov: Qərbin 500 illik dominantlığı sona çatır

Bu gün dünyada qlobal təhdidlərə cavab üçün aparıcı oyunçuların arasında koordinasiya və etibarın yeni səviyyəyə çıxarılmasına ehtiyac var.
Bunu Rusiya Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov deyib. Onun sözlərinə görə, Qərb ölkələri dünyada 500 ildir dominantlıq edirlər, amma bu epoxa artıq tarixə çevrilir:
“Onlar təsirlərini, hakimiyyətlərini bölməli və yeni güclü oyunçularla razılaşmalıdırlar. Təəssüf ki, Qərb bu prosesləri tormozlamağa və özünün dominantlığını qorumağa cəhd edir”.
Lavrov hazırda dünyada təhdidlərin artdığını və bəzi təhdidlərdən dövlətlərin öz milli sərhədləri çərçivəsində qoruna bilməyəcəyini deyib. O, bu təhdidlər sırasına terrorizm, narkotrafik, kibertəhdid, kütləvi qırğın silahlarının yayılması, eləcə də iqlim dəyişikliyini aid edib.