Putin Rusiyanı “1984”-ə çevirir – İllarionov Dünya

Putin Rusiyanı “1984”-ə çevirir – İllarionov

Rusiya Prezidenti Vladimir Putinin konstitusiyaya dəyişiklik təklifi ingilis yazıçı Corc Oruellin “1984” antiutopiyasında mövcud olan total dövlətin formalaşdırılması anlamına gəlir.
Bunu “Qordon”a müsahibəsində rusiyalı iqtisadçı, Putinin keçmiş müşaviri Andrey İllarionov deyib.
O bildirib ki, Rusiyada artıq tam olaraq xüsusi xidmət sisteminə keçid edilib:
“Rusiyada xüsusi xidmət orqanları sisteminə, eləcə də total dövlətin formalaşmasına yekun keçid edilib. Oruellin “1984” antiutopiyası tamamilə reallığa çevrilir”.