Daşnaklardan Paşinyana qarşı çağırış Dünya

Daşnaklardan Paşinyana qarşı çağırış

Daşnaksütyun Partiyası Ermənistan vətəndaşlarını konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan imtina etməyə çağırış edib.
Partiya bəyanatında hakimiyyətin heç bir məsləhətə və xəbərdarlığa məhəl qoymadığını bildirib. Daşnaklar Paşinyanın bu referendumunu “ölkənin yeni avantüraya çəkilməsi” kimi dəyərləndirib.
Daşnaklar həmçinin bütün qüvvələri referenduma qarşı birləşməyə çağırıb.
Qeyd edək ki, Ermənistandan Konstitusiya dəyişiklikləri ilə bağlı referendum aprelin 5-də baş tutacaq.