Daha bir nəfər terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olub Dünya

Daha bir nəfər terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olub

“HDP Diyarbəkir təşkilatının binası qarşısında 167 gündür davam edən etiraz aksiyasından daha bir sevindirici xəbər gəlib.
HDP-lilər tərəfindən dağa qaçırılan övladına görə HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən Gevriye Ayhan ana polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində övladına qovuşub”. Bu barədə “Xalq Cəbhəsi”nə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat veriulib: “
Şanlıurfa və Diyarbəkir vilayətinin Kəşfiyyat və Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində daha bir nəfər terror təşkilatından qaçaraq Şanlıurfanın Suruç qəsəbəsində təhlükəsizlik qüvvələrinə təslim olub.
Təslim olan şəxsin 5 il əvvəl Diyarbəkirdən dağa qaçırılan və bir ay öncə HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyasına başlayan Gevriye Ayhanın qızı Pelda Ayhan olduğu açıqlanıb.
Gevriye Ayhan ana, Daxili İşlər naziri Süleyman Soylunun onun mobil telefonuna zəng etdiyini və qızının terror təşkilatından qaçıb Şanlıurfanın Suruç qəsəbəsindəki təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib.
Tezliklə qızına qovuşacağını dilə gətirən Gevriye Ayhan ana, “Nazirimiz mənə “Gözünüz aydın olsun qızınız təslim olub” dedi. Allah ondan razı olsun. Qızım gəldiyi üçün çox sevindim, çox xoşbəxtəm. Prezidentimiz Ərdoğana və nazirimiz Soyluya çox təşəkkür edirəm. Bizə böyük dəstək verdilər. Allah onlardan razı olsun, Allah dövlətimizi qorusun.” - deyib.
Etiraz aksiyasında iştirak edən digər anaların da övladlarına qovuşmasını arzu edən Gevriye ana, “Allah bu analara övlad acısı göstərməsin. İnşallah digər ailələr də yaxın zamanda övladlarına qovuşar.” - deyə bildirib.
Beləliklə Diyarbəkirli anaların etiraz aksiyası keçirməyə başlamasından bu yana ailələrinə qovuşan şəxslərin sayı 7-yə çatıb”.