“Müharibənin səbəblərindən biri Saakaşvilinin ifadələri oldu” Dünya

“Müharibənin səbəblərindən biri Saakaşvilinin ifadələri oldu”

Rusiya-Gürcüstan müharibəsinin səbəblərindən biri Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi ifadələr oldu.
Bunu “Yevropeyskoye Pravda” qəzetinə müsahibəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.
“Hesab edirəm ki, Saakaşvili öz dövləti üçün çox yaxşı şey edib, kifayət qədər islahat həyata keçirib, ABŞ və Qərblə effektiv münasibətlər qurub. Putin Saakaşvilinin ona qarşı seçdiyi sərt ritorikaya həddən artıq əsəbi reaksiya verib. Hesab edirəm ki, bu, Rusiya-Gürcüstan müharibəsinin niyə başlanmasının əsas səbəblərindən biri oldu və Rusiya-Gürcüstan normal münasibətlərini mümkünsüz etdi. Hazırkı Gürcüstan hakimiyyəti Rusiyaya münasibətdə fərqli ritorika seçib”, – deyə o bildirib.