Türkiyə yenə silkələndi Dünya

Türkiyə yenə silkələndi

Türkiyənin qərbindəki Manisa vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub.
Məlumata görə, zəlzələnin episentri Akhisar rayonunun ərazisində yerin 7 kilometrlik dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar İzmir, Balıkesir və Bursa vilayətlərində də hiss olunub.
Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olması barədə məlumat verilməyib.