Moskvada işsizlərə yardım başladı: bu qədər pul veriləcək Dünya

Moskvada işsizlərə yardım başladı: bu qədər pul veriləcək

Moskvada rəsmi işsiz olanlara aylıq 19,5 min rubl (təxminən 415 manat) aylıq kompensasiya veriləcək.
Bu barədə Moskva meri Sergey Sobyaninin açıqlama verib.
Mer bildirib ki, hazırkı çətin vəziyyətdə çoxlu moskvalı iş yerini itirib. Bildirilib ki, onlara dəstək olmaq üçün kompleks sosial tədbirlər həyata keçiriləcək.
“İlk mərhələdə işsizlərə aylıq kompensasiya veriləcək. Ödəniş avtomatik olacaq, heç bir ərizə alınmayacaq”, - Sobyanin bildirib.
Moskva meri ödənişin hansı aydan başlayacağı barədə açıqlama verməyib.