Türkiyədə son sutkada 2148 nəfərdə koronavirus aşkarlanıb, 63 nəfər ölüb Dünya

Türkiyədə son sutkada 2148 nəfərdə koronavirus aşkarlanıb, 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb.
Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirdiyi canlı yayımda məlumat verib.
O bildirib ki, bu gün ümümilikdə 14396 nəfər test edilib və 2148 nəfərdə koronavirus aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyə qədər 277 nəfər ölüb, 15679 nəfər isə xəstəliyə yoluxub.