Gürcüstanda koronavirusa yoluxanların sayı 130-a çatıb Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 130-a çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 130 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Qeyd olunub ki, hazırda ölkə üzrə 5437 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 260-dır. Virusa yoluxmuş şəxslərdən 23-ü artıq sağalıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.