Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb

Ermənistanda son sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub.
Bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook”da bildirib.
Onun sözlərinə görə, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb.
Xatırladaq ki, Ermənistanda 8 nəfər koronavirusdan ölüb.