Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur" Dünya

Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur"

"Donald Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur".
Bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif "Twitter"də bildirib.
O, Rusiyanı nəzərdə tutaraq ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrdən süni tənəffüs aparatları almaq məcburiyyətində qaldığını vurğulayıb.
"İran insan resursları və təbii sərvətlərlə zəngindir. İstədiyimiz budur ki, o (D. Tramp), İranın neft və digər məhsulları satmasına mane olmağı dayandırsın", - deyə İran XİN başçısı qeyd edib.