Rusiya İrəvana iki təyyarə yardım göndərir Dünya

Rusiya İrəvana iki təyyarə yardım göndərir

Rusiya Ermənistana koronavirusla mübarizə üçün humanitar yardımla dolu iki təyyarə göndərəcək.
Bu məlumatı “Sputnik Ermənistan” öz mənbələrinə istinadən yayıb. Onların Ermənistana tibbi ləvazimatlar gətirəcəyi bildirilib.
Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyi bundan öncə Moskvadan koronavirusu müəyyən edən 10 min test sistemi istəmişdi.