PKK terrorçuları koronaya yoluxdu Dünya

PKK terrorçuları koronaya yoluxdu

İraqın şimalında və İran-İraq sərhəd xəttinə yaxın ərazilərdə fəaliyyət göstərən PKK/PYD/YPG terror təşkilatının təxminən 60-70 silahlı üzvü yeni tip koronavirusa yoluxub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, həmin terrorçular İraqın Süleymaniyyə şəhərindəki xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, ötən həftə Süleymaniyyə şəhərindəki xəstəxanaya yerləşdirilən 38 terrorçunun öldüyü deyilir.