Gürcüstanda koronavirusa yoluxanların sayı 208-ə çatıb Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 208-ə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 208-ə çatıb. Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, onlardan 46-sı artıq sağalıb. Hazırda ölkə üzrə karantində 4674, stasionar müalicədə isə 362 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3-ü isə vəfat edib. Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.