Almaniyada koronavirusa yoluxanların sayı 113 525 nəfərə çatıb, 2373 nəfər ölüb Dünya

Almaniyada koronavirusa yoluxanların sayı 113 525 nəfərə çatıb, 2373 nəfər ölüb

Almaniyada son sutka ərzində daha 5323 nəfər koronavirusa yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusa yoluxanların sayı 113 525 nəfərə yüksəlib.
Son sutka ərzində Almaniyada 266 nəfər vəfat edib ki, bununla da koronavirusdan ölənlərin sayı 2373 nəfərə çatıb.