Rusiyada 20 dəqiqə ərzində koronavirusun aşkarlanması üçün test sistemi təqdim edilib Dünya

Rusiyada 20 dəqiqə ərzində koronavirusun aşkarlanması üçün test sistemi təqdim edilib

Rusiya Federal Biotibb Agentliyi koronavirusun aşkarlanması üçün çiplərə əsaslanan yeni test sistemini təqdim edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sistem vasitəsilə testin nəticəsini 15-20 dəqiqə ərzində əldə etmək mümkün olacaq.
"İlyarım əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsovanın göstərişi ilə Troitsk Mühəndislik Mərkəzində Göstərici-Bio cihazı hazırlanıb. Bu gün xüsusi cihaz mikrofluid çiplər əsasında təqdim edilmiş test sistemi bu cihazda istifadə üçün hazırlanıb”, - deyə Rusiya Federal Biotibb Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir.