Ermənistanda indiyədək 7402 nəfər koronavirusa yoluxub, 91 nəfər ölüb Dünya

Ermənistanda indiyədək 7402 nəfər koronavirusa yoluxub, 91 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 289 yoluxma halı aşkarlanıb, 4 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 7402 nəfərə çatıb.
Xəstəlikdən ümumilikdə 91 nəfər ölüb. Koronavirusdan sağalanların sayı isə 3220 nəfərdir.