İtaliyada koronavirusdan sutkalıq ölüm sayı yenidən 100-ü keçib Dünya

İtaliyada koronavirusdan sutkalıq ölüm sayı yenidən 100-ü keçib

İtaliyada son sutka ərzində daha 416 nəfər koronavirus infeksiyasına yoluxub.
Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə 232 664 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da 111 nəfər artaraq ümumilikdə 33 340 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 155 633 xəstə sağalıb.