Rusiya XİN: Türkiyə ilə münasibətlərimiz bir çox sınaqlardan uğurla çıxıb Dünya

Rusiya XİN: Türkiyə ilə münasibətlərimiz bir çox sınaqlardan uğurla çıxıb

“Rusiya-Türkiyə münasibətləri regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində vacib amildir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümü ilə bağlı bəyanatında bildirilib.
“Rusiya ilə Türkiyə arasında müasir diplomatik münasibətlərin qurulmasından 100 il ötür. İki ölkə arasında diplomatik münasibətlərin tarixi daha qədimdir, beş əsrdən çoxdur. Bu yubiley Rusiya və Osmanlı imperiyalarının süqutundan sonra ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələ ilə əlaqələndirilir. Dünyada ilk dəfə Sovet Rusiyası türk xalqının xarici işğalçılara qarşı milli azadlıq mübarizəsi nəticəsində yaradılan Türkiyə Böyük Millət Məclisi hökumətini tanıyıb. 3 iyun 1920-ci il tarixində RSFSR-in Xarici işlər üzrə Xalq komissarı Q.V. Çiçerin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Atatürkə "dərhal diplomatik və konsulluq nümayəndəliklərinin qurulması" təklifi ilə bağlı teleqram göndərib. Məhz bu gün Sovet Rusiyası ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında diplomatik münasibətlərdə hesabatın rəsmi nöqtəsi hesab olunur. Ötən əsrdə möhkəm qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və bir-birinin maraqlarına hörmətlə yanaşmağı əsas götürən Rusiya-Türkiyə münasibətləri bir çox sınaqlardan uğurla çıxıb. Bu gün bu münasibətlər yüksəlişdədir, bir sıra sahələrdə inamla strateji tərəfdaşlıq səviyyəsinə çatır və regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində vacib amildir. Türkiyəli tərəfdaşlarımızı bu əlamətdar ildönümü münasibəti ilə təbrik edirik”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.