Suriyada ABŞ və Rusiya qoşunları üz-üzə gəldi Dünya

Suriyada ABŞ və Rusiya qoşunları üz-üzə gəldi

Suriyanın Qamışlı qəsəbəsində ABŞ və Rusiya qoşunları arasında gərginlik yaşanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiya ordusu Türkiyə sərhədinə yaxın ilk hərbi bazasını yaratmaq istəyir. Bununla bağlı rus komandirlərini daşıyan helikopter Qamışlıya yaxın Qəsr Dib kəndində bir məktəbə eniş edib.
İddia olunur ki, Rusiya məktəbi hərbi bazaya çevirmək istəyir və buraya 13 zirehli avtomobillə 30 hərbçi yerləşdirib. Hərbi və logistika ləvazimatları daşıyan Rusiya konvoyu məktəbə doğru hərəkət etdiyi zaman ABŞ hərbçiləri onların qarşısını kəsərək geri göndərib. Rus komandirlər və əsgərlərin isə məktəbi tərk etmədiyi deyilir. Qeyd edək ki, Qamışlı qəsəbəsi YPG/PKK-nın nəzarəti altındadır. Burada ABŞ qoşunları da yerləşib.