Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub Dünya

Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə nazir “Twitter”də məlumat verib.
O, bu gün səhər hərarətinin artdığını bildirib.
“Dərhal evimdə karantin elan etdim. COVID-19 testim pozitiv çıxıb”, - deyə Pakistan XİN başçısı qeyd edib.
Nazir vəzifəsini evdən icra edəcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan parlamentinin spikeri Əsəd Qeysərdə, Sind vilayətinin qubernatoru İmran İsmayılda, Pakistan Xalq Partiyasının lideri Səid Qənidə və Dəmir Yolu naziri Şeyx Rəşiddə koronavirus aşkarlanıb və onlar sağalıblar. Lakin bir sıra siyasətçilər, o cümlədən Bəlucistanın qubernatoru Sayed Fazal Ağa və Sind vilayətinin Yaşayış Məntəqəli üzrə naziri Qulam Mürtəza Bəlux koronavirusdan vəfat ediblər.
Xatırladaq ki, son məlumatlara görə Pakistanda 223 mindən çox insan koronavirusa yoluxub, xəstəliyə yoluxanlardan 4.5 mindən çoxu vəfat edib.